Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
"Bakı 2015"in iştirakçısı aldığı ağır zərbələrdən sonra ölüb
24-07-2019

Rusiyalı boksçu Maksim Dadaşov vəfat edib.

Buna 28 yaşlı idmançının ABŞ-da Sabriel Matias ilə dueldə aldığı zərbələr səbəb olub.

Dadaşov iyulun 20-də Okson-Hill şəhərində Sabriel Matias ilə döyüşüb. Rusiyalı idmançı görüş ərzində zəif təsir bağışlayıb və son raundlarda ağır zərbələr alıb. 11-ci raundda onun komandası qarşılaşmanı dayandırıb. Dueldən dərhal sonra Dadaşovun halı pisləşib və o, xəstəxanaya yerləşdirilib. Dadaşova beyin ödemi diaqnozu qoyulub. Trepanasiya edildikdən sonra onun kəllə sümüyünün bir hissəsi çıxarılıb. Boksçu daha sonra komada saxlanılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub. Dadaşov həmin yarışda 1/8 finalda məğlub olduqdan sonra peşəkar boks karyerasına başlayıb. O, 14 döyüşünün 13-də qalib gəlib. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018