Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Dünyanın ən sürətli Sprinterləri növbəti yarışlara hazırlaşırlar.
09-06-2011

Dünyanın ən sürətli Sprinterləri növbəti yarışlara hazırlaşırlar. Useyn Bolt Norveçdə 200 metr məsafəyə qaçışda da qalib olmağa çalışacaq. Onun əsas rəqiblərindən sayılan Tayson Qey isə Amerika Birləşmiş Ştatlarında keçiriləcək “Briliant Liqa yarışlarında” qüvvəsini sınayacaq.

“Briliant Liqada” iştirak etmək üçün artıq Randall adalarına  yollanan məhşur atlet Tayson Qey burda keçiriləcək “Adidas Qran Prisinin” əsas favoritlərindən hesab olunur. Dünyanın ikinci ən güclü sprinteri hesab olunan Amerikalı 2008-ci ildə Olimpiya çempionu 2009-cu ildə isə dünya çempionluğunu qazanıb. “Brilinat Liqada” çıxışı ilə bağlı içtimaiyyətə açılama verən məhşur atlet yarışda qalib gəlmək əzmində olduğunu bildirib: “Qran prinin əsas favoritlərindən sayılmağım məni sevindirir.Hələki hər şey mənim ürəyimcədir. Sonda çempionluğu da bayram edə bilsəm yaxşı olar” sitatın sonu. Daha sonra isə Atlet Amerikada çıxış etməyin ona düşərli olduğunu bildirib: “Vətənimdə keçirilən turnirlərdə mən daha uğurlu nəticə göstərməyi bacarmışam. Bir neçə dəfə çempion olmuşam və hatta rekordla da yadda qalmışam. Hesab edirəm ki, bu dəfə də də uğurlu alınacaq”sitatın sonu. Qeyd edək ki, “Brilyant Liqanın” Amerika Birləşmiş Ştatlarında keçirilən “Adidas Qran Prisi” İyunun 11-i 100 metr məsafəyə qaçışla start götürəcək.

Dünyanın 1 nömrəli sprinteri useyn Bolt isə Norveçdə keçirilən anaoloji turnirdə qüvvəsini sınayacaq. Bununla bağlı keçirilən mətbuat konfransında yamaykalı atlet Skandinaviyaya qələbə dalınca gəldiyini bildirib: “ağır məşqlər keçirmişik. Özümü çox yaxşı hiss edirəm. Yeganə çatışmazlıq xırda nüanslarla bağlıdır. Start zamanı bir qədər ləng oluram. Məşqçilərimlə də daha çox bunun üzərində işləmişik. Hesab edirəm ki, bu dəfə də uğurlu nəticə göstərə biləcəm” sitatın sonu. Qeyd edək ki, 24 yaşlı atlet berlində keçirilən dünya çempionatında 200 metr məsafəni 19.19 saniyəyə qət edərək yeni dünya rekordu müəyyənləşdirib. Norveçin paytaxtı osloda isə onun əsas rəqibləri Avropa çempionatının gümüş mükafatçısı böyük Britaniyalı Kristian Malkolm və yerli idmançı Gaysuma Saidi Ndure olacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018