Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Şatori Şimizu və Məhəmməd Əbdülhəmidov arasında keçirilən görüşün baş hakimi evə göndərilib.
03-08-2012

London Yay Olimpiadası çərçivəsində təşkil olunan boks yarışlarının 1/8 final mərhələsində yaponiyalı Şatori Şimizu və azərbaycanlı Məhəmməd Əbdülhəmidov arasında keçirilən görüşün baş hakimi evə göndərilib. Türkmənistanlı referi İşanquli Meretniyazov ədalətli hakimlik etməməkdə ittiam olunur.

Qeyd edək ki, Şimizu ilə Əbdülhəmidov arasındakı görüş böyük qalmaqala səbəb oldu. 56 kq-da mübarizə aparan boksçuların duelində ilk raundu boksçumuz öndə tamamlamışdı - 4:2. Elə ikinci raundda da Əbdülhəmidov qalib gəldi - 8:3. Son raundda isə hər şey tərsinə cərəyan edib. Belə ki, boksçumuz ilk raundlardan fərqli çox zəif döyüş nümayiş etdirməsi azmış kimi, tez-tez yerə yıxılmağa başladı. Ayaq üstə dura bilməyən Məhəmməd bununla rəqibinə də çoxlu zərbə vurmaq imkanı yaratdı. Hakimin də məhz bu zamankı idarəçiliyi və qərarları ona baha başa gəlib. Qeyd edək ki, referi Əbdülhəmidovun hər dəfə ayağa qalxıb görüşü davam etdirməsinə imkan yaratmışdı. Nəticədə, rəqibin son raunddakı 12:10 hesablı qələbəsi Əbdülhəmidovun 22:17 hesabı ilə qalib gəlməsinə mane olmamışdı.

Lakin sonradan yaponların bu nəticədən və hakimlikdən şikayəti Əbdülhəmidova texniki məğlubiyyətlə nəticələndi. Bu azmış kimi, görüşün hakimi də cəzasız qalmadı.

Azərbaycanın bu qalmaqallı görüşlə əlaqədar itkisi təkcə Əbdülhəmidovun diskvalifikasiya olunması ilə bağlı deyil. Belə ki, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev də yarışlardan kənarlaşdırılıb. Onun davranış qaydalarını pozduğu iddia olunur.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018