Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Azərbaycan millisi Avropa birinciliyində daha bir medal qazandı
09-09-2013

Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa birinciliyi başa çatıb. Azərbaycan milli komandasının son üzvü – Dadaş Dadaşbəyli məhz dünən körpücük üzərinə çıxıb və uğur qazanıb.

O, yaşı 17-yə qədər olan idmançıların mübarizəsində, 94 kq çəki dərəcəsində çıxış edərək gümüş medala sahib çıxıb.

Qobustanlı atletimiz birdən qaldırmada hər üç yanaşmasını uğurla yerinə yetirib. Əvvəlcə 142, sonra 147, sonda isə 151 kq-ı ram edən Dadaşbəyli, bu hərəkətdə ikinci yeri tutub.

Dadaş təkanla qaldırma hərəkətinə də yaxşı başlayıb. O, ilk olaraq 170 kq-ı rahatlıqla ram edib. Bu yanaşmayla atletimiz toplamda gümüş medalı özünə təmin etmişdi. Bununla kifayətlənməyən Dadaşbəyli, riskə gedərək ikinci yanaşmasında 10 kq artıq – 180 kq sifariş verib. Ancaq bu çəkini ram edə bilməyib. Ruhdan düşməyən atletimiz daha 3 kq əlavə edərək təkanla qaldırma hərəkətində qələbə üçün körpücüyə çıxıb. Əsl xarakter nümayiş etdirən Dadaşbəyli, 183 kq-ı başı üzərinə qaldıraraq, bu hərəkətdə Avropanın ən yaxşısı olub.

Toplamda 334 kq (151 kq + 183 kq) nəticə göstərən Dadaşbəyli Avropa birinciliyində gümüş medal qazanıb.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018