Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Ağır atletimiz Avropa çempionatında qızıl medal qazandı
24-09-2013

Estoniyanın Tallin şəhərində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa Birinciliyi start götürüb. Azərbaycanlı ağır atletlərdən 23 yaşa qədər oğlanlar arasında mübarizə aparan Yuri Dudoqlo uğur qazanıb. O, 62 kq çəki dərəcəsində qızıl medala layiq görülüb.

 

Birdən qaldırma hərəkətinə Yuri 125 kq-la başlayıb. Bu çəkini uğurla ram edən atletimiz, ikinci yanaşmasında 130 kq-ıa da başı üzərinə qaldıra bilib. Ancaq üçüncü yanaşmasında 132 kq-a güc gələ bilməyən Dudoqlo, bu hərəkətdə ikinci olub.

 

Təkanla qaldırma hərəkətində isə hər şey qaydasında olub. Yuri ilk cəhdində qaldırdığı 155 kq-la qızıl medala doğru böyük addım atdı. İkinci yanaşmasında 156 kq-ı da ram edən atletimiz, üçüncü cəhddə 159 kq-ı qaldıra bilməsə də, birinci ola bilib.

 

Beləliklə, toplamda 286 kq (130 kq + 156 kq) nəticə göstərən gənc ağırlıqqaldıranımız Avropa çempionu adını qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018