"Neftçi"nin və U-21 millisinin futbolçusu Murad Məmmədov Kiprin "Pafos" klubuna keçib.

 

Bu barədə a Bakı klubunun mətbuat xidmətindən bildirilib.

2024/2025 mövsümündən əsas komandanın şərəfini qoruyan 20 yaşlı futbolçu bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub. O, U-21 millisinin heyətində 10 matçda 1 qola imza atıb.