“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb.

 

54 yaşlı mütəxəssis açıqlamasında İspaniya millisinin mundialın qalibi ola biləcəyinə inandığını söyləyib.

O, DÇ-2026-da ispanlarla yanaşı, Türkiyə millisinə də azarkeşlik edəcəyini bildirib: “Hər iki komandadan yaxşı nəticələr gözləyirəm”.

Türkiyə millisi D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə qarşılaşacaq. İspaniya yığması isə H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla üz-üzə gələcək.

Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq.