Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə iki medal qazanıblar.
Balabəy Ağayev (60 kiloqram) finalda son dünya çempionu Ryucu Naqayamanı (Yaponiya) məğlub edərək qızıl medala sahib çıxıb.
Nizami İmranov (66 kiloqram) isə üçüncü yer uğrunda görüşdə yerli idmançı Yolk Kazırbyekə qalib gələrək karyerasında ilk dəfə analoji yarışda mükafat əldə edib.
Qeyd edək ki, Azərbaycan iyunun 21-dək davam edəcək turnirdə 17 idmançı ilə təmsil olunur.