Meksika milli komandası dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.

 

Meksika Ekvadoru 2:0 hesabı ilə məğlub edib.

Matçda qolları 22-ci dəqiqədə Xulian Kinyones və 31-ci dəqiqədə Raul Ximenes vurublar. Qarşılaşmanın sonlarına əlavə olunmuş 5-ci dəqiqədə Ekvador millisinin müdafiəçisi Pyero İnkapye qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Növbəti mərhələdə Meksika İngiltərə və Konqo Demokratik Respublikası arasında keçiriləcək oyunun qalibi ilə qarşılaşacaq. 1/8 final matçı 6 iyul gecəsi Mexikoda baş tutacaq.

Qeyd edək ki, bu nəticə Meksika millisinin 1986-cı ildən bəri dünya çempionatında ilk dəfə pley-off mərhələsinin birinci raundunu keçməsi kimi tarixə düşüb.