ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha üç görüşü keçiriləcək.
Günün ilk qarşılaşmasında İspaniya millisi Avstriya yığması ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
İyulun 3-nə keçən gecə isə saat 03:00-da Portuqaliya və Xorvatiya yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Günün son matçında İsveçrə millisi Əlcəzair seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.
Bu oyunlardan sonra dünya çempionatının 1/8 final mərhələsinin daha üç iştirakçısı müəyyənləşəcək.
Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika və ABŞ yığmaları 1/8 finala vəsiqə qazanıb.