ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin 12 oyunu başa çatıb.
Bununla da mundialda 1/8 finalın 6 cütlüyü müəyyənləşib. Son 2 cütlük bu gün və sabah keçiriləcək matçlardan sonra bəlli olacaq.
DÇ-2026
1/8 final
4 iyul
21:00. Kanada – Mərakeş
5 iyul
01:00. Paraqvay – Fransa
6 iyul
00:00. Braziliya – Norveç
04:00. Meksika – İngiltərə
23:00. Portuqaliya - İspaniya
Qeyd edək ki, 1/16 finalın qalan oyunlarında İsveçrə Əlcəzairlə, Avstraliya Misirlə, Argentina Kabo-Verde ilə, Kolumbiya isə Qana ilə qarşılaşacaq.