Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Kolumbiyanı penaltilər seriyasında məğlub edən İsveçrə millisi tarixi uğura imza atıb.
FIFA-nın rəsmi saytı xəbər verir ki, komanda 1954-cü ildən sonra ilk dəfə mundialın 1/4 finalına vəsiqə qazanıb.
Bundan başqa, Murat Yakının baş məşqçisi olduğu kollektiv son 19 beynəlxalq oyunda cəmi bir dəfə məğlub olub.
Qeyd edək ki, İsveçrə yığması dünya çempionatının 1/4 finalında Argentina seçməsi ilə qarşılaşacaq.