UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda “Qarabağ” və Bolqarıstanın MOİK (Sofiya) komandaları arasında ilk oyun başa çatıb.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə qapılara qol vurulmayıb - 0:0.

Komandalar arasında cavab qarşılaşması iyulun 30-da Sofiyada olacaq. Bu cütün qalibi "Şerif" (Moldova) - "Makkabi" (Təl-Əviv, İsrail) duelinin güclüsü ilə üz-üzə gələcək.