"Qarabağ" UEFA Konfrans Liqasında bu gün növbəti matçına çıxacaq.
Ağdam təmsilçisi turnirin pley-off mərhələsinin ilk görüşündə "Tvente" (Niderland) ilə üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 22:00-da Enshededəki "Tvente" stadionunda start götürəcək qarşılaşmanı albaniyalı FIFA referisi Yucin Caya idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab qarşılşaması avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.