Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının da ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda bu gün növbəti oyununu keçirəcək.

 

Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv qrup mərhələsinin V turunda Belçika ilə qarşılaşacaq. Milli Gimnastika Arenasında keçiriləcək görüş saat 18:30-da başlayacaq.

Günün digər matçında İspaniya və Portuqaliya komandaları üz-üzə gələcəklər. Bu qarşılaşma saat 15:30-da start götürəcək.

Üç oyundan sonra Azərbaycan millisi 8 xalla C qrupuna başçılıq edir. Yığma daha əvvəl Portuqaliyanı 3:1, İspaniyanı 3:0, Rumıniya 3:2 hesabı ilə üstələyib.