UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda daha 4 oyun keçirilib.

 

İspaniya "Real Madrid"i öz meydanında İtaliyanın "İnter" klubuna 2:1 hesabı ilə qalib gəlib.

İngiltərənin "Mançester Siti" komandası Portuqaliyada "Portu"nu 2 cavabsız qolla məğlub edib - 2:0.

Azərbaycanın turnirdəki təmsilçisi "Sabah"ın rəqiblərindən olan "Borussiya Dortmund" (Almaniya) və "Vilyarreal" (İspaniya) komandalarının duelində qapılara 5 qol vurulub. Almaniya təmsilçisi doğma azarkeşləri önündə 3:2 hesablı qələbəyə sevinib.

Nəhayət, İspaniyanın "Betis" komandası Fransada "Lill" klubunu üstələyib - 3:2.

Qeyd edək ki, liqa mərhələsinin ilk oyunlarında İngiltərənin "Aston Villa" klubu Belçikada "Brügge"yə 3:2, Afina AEK-i isə Yunanıstanda Avstriya təmsilçisi LASK-a 1:0 hesabı ilə qalib gəlib.