Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər.

 

Kişilərdən ibarət komanda VIII turda Hindistanla üz-üzə gələcək. Qadınlar isə Argentinadan olan rəqibləri ilə qarşılaşacaqlar. Yeddi turdan sonra kişilərdən ibarət kollektiv 12 xalla 5-ci, qadınlardan ibarət milli isə 10 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq. Olimpiadada 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.