Futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünə start verilib.
I təsnifat mərhələsinin ilk oyun günündə iki qarşılaşma keçirilib.
Açılış matçında “Qaradağ Lökbatan” “Şəki” ilə üz-üzə gəlib. Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan görüş meydan sahiblərinin 12:0 hesablı qələbəsi ilə bitib.
Digər qarşılaşmada “Şəmkir” Şirvan Olimpiya İdman Kompleksinin stadionunda “Ağstafa Gəncləri”nə 1:5 hesabı ilə uduzub.
Qeyd edək ki, I təsnifat mərhələsinin digər oyunları oktyabrın 8-9-da baş tutacaq.