Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsümə start verilib.

 

Çempionatın I turu çərçivəsində iki qarşılaşma baş tutub.

“Milli Aviasiya Akademiyası” komandası öz idman zalında “Gəncə”ni, “Naxçıvan” isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Azərmaş Abşeron” kollektivini 3:0 hesabı ilə üstələyib.