"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçını keçirib.
H qrupunda "Mikonos"la (Yunanıstan) qarşılaşan "ağ-qaralar" 84:80 hesablı qələbə qazanıb.
Görüş Milli Gimnastika Arenasında keçirilib.
Qeyd edək ki, buna qədər keçirdiyi 5 oyunun hər birində uduzan "Neftçi" hazırda qrupda 5-ci pillədə qərarlaşıb. Komanda növbəti matçını noyabrın 18-də Latviya təmsilçisi "Riqa"ya qarşı keçirəcək.