Türkiyənin “Beşiktaş” və “Trabzonspor” klubları UEFA-nın avrokuboklarında növbəti oyunlarını keçiriblər.
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Beşiktaş” İsrailin “Hapoel Beer-Sheva” komandası ilə qarşılaşıb. Görüş Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Konfrans Liqasının Liqa mərhələsinin IV turunda isə “Trabzonspor” səfərdə Bolqarıstanın CSKA Sofiya komandası ilə üz-üzə gəlib. Qarşılaşma Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.