“Zenit”in hücumçusu Sərdar Azmun “Napoli”yə keçməyə yaxındır.
İtaliyalı idman jurnalisti Nikola Skiranın məlumatına görə neapollular 25 yaşlı iranlı forvarda komandanı tərk etməyə hazırlaşan Arkadiuş Milikin əvəzedicisi kimi baxır. “Napoli” Azmuna 5 illik müqavilə təklif edir. Xatırladaq ki, Sərdarın adı “Atletiko”, “Lester” və “Vest Hem”lə də yanaşı çəkilir. “Zenit” isə hücumçusuna görə 35 milyon avro tələb edir.
Azmun hazırkı mövsümdə Rusiya premyer liqasında 21 oyunda 10 qol və 6 məhsuldar ötürmə ilə diqqət çəkib.