“Real”  böyük ehtimalla, bu yay PSJ-nin hücumçusu Kilian Mbappeni transfer edə bilməyəcək.

Fransanın nüfuzlu “Ekip” nəşri yazır ki, Paris klubunun rəhbərliyi 21 yaşlı futbolçunu heç bir komandaya getməyə qoymayacaq. Danışıqların bəhrə verməyəcəyini anlayan Madrid klubunun rəhbərliyi də vaxt itirməyəcək. Amma PSJ ilə müqavilə müddəti 2022-ci ildə başa çatan futbolçunu yaxın gələcəkdə transfer etmək üçün “Real” hər halda  parislilərlə əlaqəni kəsməyəcək.