UEFA Çempionlar Liqasının indiki mövsümü bərpa olunsa, “Pari Sen-Jermen” oyunlarını öz meydanda deyil, xarici ölkədə keçirə bilər.
Bu barədə klubun sahibi Nasser əl-Helaifi mətbuata açıqlama verib: "Əgər Fransada oynamaq mümkün deyilsə, oyunçularımızın və bütün heyətimizin sağlamlığı üçün başqa bir ölkədə, məsələn, Qətərdə təhlükəsiz şəraitdə çıxış edə bilərik". Xatırladaq ki, Paris futbolçuları Çempionlar Liqasının 1/8 finalında Dortmund “Borussiya”sına qalib gələrək növbəti mərhələyə adlayıb. UEFA turnirin bərpasını və 1/4finalı avqustda keçirməyi planlaşdırır.Lakin, görünür, Parisdə oynamaq mümkün olmayacaq. Çünki aprelin 28-də Fransanın baş naziri Eduar Filip pandemiyaya görə ölkədə kütləvi idman tədbirlərinin sentyabrın 1-dək keçirilməyəcəyini deyib. Hökumərin bu qərarından sonra Fransa Futbol Federasiyası hətta milli çempionatın ləğv olunduğunu bildirib.