Neftçi”nin fransalı hücumçusu Baqali Dabo qalmaqallı hərəkəti ilə gündəmə gəlib.
Belə ki, futbolçunun xanımı onun “Qarabağ”ın forması ilə şəklini sosial şəbəkədə paylaşıb. Bu isə azarkeşlərin və klub rəhbərliyinin ciddi narazılığına səbəb olub. Klub rəhbərliyi dərhal məsələyə reaksiya verib. Klub saytı vasitəsilə bəyənat yayarak futbolçunun cəzalanacağını bəyan edib: "Neftçi” PFK-nın rəhbərliyi futbolçu Baqali Dabonun davranışından xəbərdardır və onun qəbuledilməz davranışına görə müvafiq tədbirlər görəcək. Rəhbərlik futbolçunun klubun imicinə ciddi şəkildə xələl gətirdiyini bilir. Hüquqi çərçivədə addımlar atılacaq və ictimaiyyətə bununla bağlı məlumat veriləcək”.
Qeyd edək ki, Kiprin “Apallon” klubu ilə razılıq əldə edən Baqali Dobo mövsümün sonunda “Neftçi”dən ayrılacaq.