“Mançester Siti” rəhbərliyi hələ də komandanın baş məşqçisi Xosep Qvardiolaya güvənir.
Böyük Britaniyanın nüfuzlu “The Telegraph” nəşrinin məlumatına görə, klubun sərmayədarları ispaniyalı mütəxəssisi istefaya göndərmək fikrində deyil. Həttanın mənbə klub rəhbərliyinin Qvardiola ilə müqavilə müddətini yeniləmək istədiyini də yazır. Hazırda Pepin klubla müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.
Xatırladaq ki, bu mövsüm “Mançester Siti” premyer liqada 2-ci pilləni tutub, Çempionlar Liqasında isə ¼ finala qədər irəliləyib. Bununla yanaşı, şəhərlilər bu mövsüm İngiltərə Superkuboku və Liqa Kubokunu qazanıb. Komanda ölkə kubokunda yarımfinalda mübarizəni dayandırıb. 49 yaşlı mütəxəssis 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. Onun başçılığı altında mançesterlilər 8 titul qazanıb.