"Neftçi" Fransa II liqa təmsilçisi "Şatoru"dan ayrılan Şeyk Diarraya təklif göndərib. "Ağ-qaralar" malili hücumçuya illik 200 min avro maaş təklif edib. 28 yaşlı futbolçu əvvəllər Fransada "Renn", "İstr", "Oser", "Paris" və "Tur" klublarının da formasını geyinib.Diarra 2018-ci ildən çıxış etdiyi "Şatoru" da 25 oyun keçirib və 3 qol vurub. Mali millisində oynamış hücumçu Fransa II liqasında ümumilikdə keçirdiyi 190 oyunda 41 dəfə fərqlənməklə, 19 məhsuldar ötürmə edib.