UEFA Avropa Liqası həmişə olduğu kimi yenə zəngin proqramı ilə seçilir. Yarışın qrup mərhələsində “Sivasspor” - “Qarabağ” matçından əlavə daha 23 görüş olacaq. Bəs hansı oyunları futbol həvəskarları daha böyük maraqla gözləyirlər?
Azərbaycan çempionu “Qarabağ”ın mübarizə apardığı İ qrupu ilə başlamaq olar. İspaniyada qrup liderləri - “Vilyarreal” və “Makkabi Tel-Əviv” komandaları üz-üzə gələcək. Oyun Bakı vaxtilə gecə saat 12-də başlanacaq.
B qrupunda da maksimum nəticə göstərən kollektivlər - “Arsenal” və “Molde” qarşılaşacaq. Matç gecə saat 12-də başlanacaq.
D qrupunun iddialıları “Benfika” və “Reyncers”in görüşü də böyük maraq doğurur. Bu komandaların 2 oyundan 6 xal toplamaqları matçın prinsipiallığını artıran amillərdəndir. Oyunun start fiti saat 21:55-də səslənəcək.
Rəqib tanımayan və məğlubiyyətsizlik seriyasını davam etdirən “Milan” Avropa Liqasının 3-cü turunda “Lill”i qəbul edəcək.Həm İtaliya A seriyası, həm də Avroliqanın H qrupunda zirvədə olan “Rossoneri”nin Fransa klubu ilə qarşılaşması gecə yarısı start götürəcək.
Rusiya premyer liqasında lider olsa da, Avropa liqasında qeyri-sabit bağışlayan Moskva SSKA-sı ilk 2 oyununu heç-heçəylə başa vurub. Paytaxt futbolçularının qrup mərhələsinin 3-cü turunda rəqibi “Feyenord” komandasıdır. Rotterdamda keçirilən oyun da gecə saat 12-də başlanacaq.