21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç yığmadakı işini davam etdirəcək.
Bu barədə AFFA-dan məlumat verilb. Serbiyalı mütəxəssisin bu ilin sonunda başa çatan müqaviləsi avtomatik olaraq yenilənib: “Bu məşqçinin müqaviləsində olan xüsusi bəndə görə həyata keçirilib. Bu bəndə əsasən tərəflərdən hər hansı biri sözləşməyə xitam verməzsə, müddət növbəti mərhələ üçün avtomatik artırılır".
Digər yaş qrupu üzrə yığmaların baş məşqçiləri ilə bağlı məsələyə isə yaxın günlərdə aydınlıq gələcək. Qeyd edək ki, Milan Obradoviç 2019-cu ilin yanvarından U-21 yığmasına başçılıq edir.