"Sabah" futbolçusu Təmkin Xəlilzadə ilə müqaviləni yeniləyib. 

Bununla bağlı 27 yaşlı müdafiəçi “İnstaqram” hesabında paylaşım edib. Milli komandamızın üzvü “Sabah”la 2021-ci ilin yanvarına qədər olan müqaviləsini mövsümün sonuna qədər uzadıb.

Qeyd edək ki, T.Xəlilzadə  2019-cu ilin yanvarında “Qəbələ”dən “Sabah”a keçib.