İspaniya Superkubokunda yarımfinal mərhələsinin digər oyunu keçiriib.
Malaqada "La-Rosaleda" stadionunda “Real” Madrid və “Atletik” qarşılaşıb. La Liqada qeyri sabit çıxış edən Bilbao təmsilçisi Superkubokun həlledici görüşünə vəsiqə qazanıb. 18-ci dəqiqədə hesabı açan Raul Qarsiya hissənin sonlarında daha bir dəfə “Real”ın məyus edib. Qarsiya bu dəfə penaltidən fərqlənib. Fasilədən sonra isə Madrid klubu bu qollardan yalnız birinin əvəzini çıxıb. 73-cü dəqiqə Kərim Benzema rəqib qapısına yol tapsa da, bu təsəllidən başqa bir şey olmayıb. Beləliklə 2-1 hesabı ilə qalib gələn “Atletik” finalda “Barselona” ilə qarşılaşacaq.
Superkubokun sahibi yanvarın 18-də müəyyənləşəcək.