Bu gün dünya çempionatının seçmə mərhələsində milli komandamızın görüşü ilə yanaşı daha 9 oyun olacaq. Yığmamızın çıxış etdiyi A qrupunda Portuqaliya millisi Lüksemburqa səfər edib.

Ilk 2 oyununda qalib gələn Türkiyə millisi  İstanbulda Latviya yığmasını qəbul edəcək.  Bu qrupun digər qarşılaşmaları Cəbəllütariq - Niderland və Monteneqro – Norveç görüşüdür.

Şimal qonşularımız Slovakiyaya səfər ediblər. Xatırladaq ki, Rusiya yığması ilk 2 qarşılaşmada qalib gəlib. H qrupunda həmçinin  Kipr – Sloveniya, Xorvatiya – Malta görüşləri də olacaq.

E qrupunda 2 oyun keçiriləcək. Bunlar Uels – Çexiya və  Belçika  - Belarus görüşləridir. Qeyd edək ki, Kipr – Soveniya matçı saat 20-da, qalan 8 oyun isə 22:45-də  başlanacaq.