“Keşlə” rəhbərliyi Sənan Qurbanovla bağlı yeni qərar qəbul edib. 41 yaşlı mütəxəssis qarşıdakı mövsümdə də qəsəbə təmsilçisini çalışdıracaq. Amma Qurbanova ilk dövrənin sonuna qədər şans veriləcək. Komanda bu müddət ərzində ümidləri doğruldacağı halda, mövsümün sonuna qədər fəaliyyətini davam etdirəcək. Xatırladaq ki, ötən mövsüm Qurbanovun başçılığı altında “Keşlə” ölkə kubokunun qalibi olmuşdu.