Dünya çempionatının seçmə mərhələsində qrup oyunları davam edir.
Növbəti turda Türkiyə Milli Komandası Amsterdam şəhərində Niderland seçməsi ilə üz-üzə gələcək. “Yohan Kroyf” Arenada keçiriləcək matça “Ay ulduzlular” itkisiz çıxır. Onların rəqibi Niderland yığmasında da qarşılaşmadan əvvəl ciddi problemlərin olduğu görünmür. Hazırda 11 xalla “G” qrupunda liderliyini davam etdirən qardaş ölkənin komandası mövqeyini qoruyub niyyətindədir. Niderland yığması isə 10 xalla ikinci pillədədir.
“D” qrupunun lideri, lakin son vaxtlar işləri heç də yaxşı getməyən Fransa milli komandası isə “Park Olimpik Lion” stadionunda Finlandiya futbolçuları ilə üz-üzə gələcək. Son iki oyunda xal itkisi ilə yadda qalan Fransa millisi hazırda bütün gücünü skandiviyalılarla oyuna kökləyib. Finlandiya isə çıxdığı 3 qarşılaşmada 5 xal toplayaraq ikinci pillədə qərarlaşıb.
Şimal qonşumuz Rusiya kollektivi isə “H” qrupunda sonuncu pillələrdə qərarlaşan Malta futbolçuları ilə üz-üzə gələcək. Hələlik 5 oyuna 1 qələbəsi olan Malta futbolçuları qələbə qazanmaq uğrunda var gücü ilə mübarizə aparacaq. Onların güclü rəqibi ilə oyunda qələbə imkanlarını yüksək qiymətləndirilmir. Belə ki, Rusiya millisi 10 xalla qrupun lideridir. Moskvadakı “Otkrıtiy” Stadionunda keçiriləcək oyunu türkiyəli FİFA referisi Ali Palabıyık idarə edəcək. Qeyd edək ki, bütün qarşılaşmalar bu gün Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.