“Sabah” daha bir transferini rəsmiləşdirib.
Paytaxt təmsilçisi Serbiya millisinin sabiq hücumçusu Petar Şkuletiçlə müqavilə imzalayıb. Peşəkar karyerasına 2007-ci ildə yerli “Teleoptik”də başlayan 191 sm boya malik futbolçu, daha sonra Avstriya LASK-ında forma geyinib. 31 yaşlı Şkuketiçin ən uğurlu dövrü Serbiyanın ən üzdə olan klublarından sayılan “Partizan”dakı dövrə təsadüf edib. 2014-2015 mövsümündə paytaxt klubunda 28 dəfə forma geyinmək şansı qazanan solayaq futbolçu 21 qola imza atıb. 2018-ci ildə Fransa “Monpelye”sinə keçən Şkuletiç bunadək Moskva “Lokomotiv”ində 39 matçda 10 qol, Türkiyə “Gənclərbirliyi”ndə isə 27 oyuna 8 qol vurub. “Monpelye”də keçirdiyi 3 il ərzində serbiyalı 52 matçda 3 dəfə fərqlənib. Onun son klubu ötən mövsüm şərəfini qoruduğu “Sivasspor” olub. Bu komandada cəmi 7 dəfə forma geyinmək şansı qazanmış forvard 1 qola imza atıb. Serbiya millisində 5 dəfə forma geyinən Şkuletiçin aktivində 1 qol var. O, buna Çexiya üzərində 4:1 hesablı qələbə qazandıqları yoxlama matçında imza atıb.