21 yaşlılardan ibarət yığmamızın şərəfini qorumuş Tural Bayramlı ölkə xaricində çıxış edəcək.

23 yaşlı yarımmüdafiəçi Yunanıstanda oynayacaq. O, Yunanıstanın aşağı liqa təmsilçisi olan "Pierikos"la anlaşıb. Bu barədə futbolçu şəxsi "feysbuk" səhifəsində məlumat verib. Qeyd edək ki, Tural Bayramlı ölkəmizdə "Sumqayıt", "Keşlə", "Dauqavpils" və "Zirə"da oynayıb.