Bakıda təlim-məşq toplanışını başa vuran Azərbaycanın U-17 millisi hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Yığma “Sumqayıt” ilə qarşılaşıb. Millimiz 1:0 hesablı qələbə qazanıb. U-17-nin heyətində Musa Məmmədov fərqlənib. Qeyd edək ki, millimiz sentyabrın 25-də Birinci Divizion təmsilçisi “Keşlə-2” komandasına qarşı keçirdiyi ilk yoxlama oyununda 2:0 hesabı ilə qalib gəlmişdi.