Azərbaycan kubokunda ¼ final mərhələsi start götürüb. İlk oyunda “Qarabağ” doğma arenda “Keşlə”ni qəbul edib. Qarşılıqlı hücümlar şəraitində keçən 1-ci hissədə hər iki tərəfin fərqlənməyə imkanı olub. Amma tərəflərin səylərinə baxmayaraq fasiləyə kimi qol vurulmayıb. 2-ci hissənin əvvəlində meydan sahibləri istəklərinə nail olublar. İbrahima Vadji topu qapıdan keçirib. Qalan vaxt ərzində isə oyunda başqa qol olmayıb. Beləliklə, minimal hesabla qalib gələn “Qarabağ” cavab qarşılaşması öncəsi üstünlük əldə edib.

Günün digər görüşündə “Neftçi” və “Sabah” üz-üzə gəlib. Qarşılaşmada hesab 1-ci hissənin sonunda açılıb. “Neftçi”nin heyətində Voislav Stankoviç fərqlənib. Amma fasilədən sonra qonaqlar tarazlığı bərpa ediblər. Coy Lens Mikels komandasını məğlubiyyətdən xilas edib -  1:1.

Qeyd edək ki, hər iki qarşılaşmanın cavab görüşü fevralın 12-də olacaq.