Fevralın 6-da futbol üzrə Afrika Millətlər Kubokunun final görüşü keçirilib.
Kamerunun “Ahmadu Axidjo” stadionunda baş tutan görüşdə Seneqal millisi Misir seçməsi ilə üz-üzə gəlib.
Görüşün əsas vaxtında hesab açılmadığı üçün qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Cənubi Afrika Respublikasından olan baş hakim Viktor Qomes 5-ci dəqiqədə misirlilərin qapısına penalti təyin edib. Penalti zərbəsini Sadio Mane dəqiq yerinə yetirə bilməyib.
Əlavə olunmuş dəqiqələrdə yenə də hesab dəyişməyib. Qalib penalti seriyasında müəyyənləşib. Rəqibi 4:2 hesabı ilə məğlub edən Seneqal millisi Afrika Millətlər Kubokunun qalibi olub. Seneqallılar tarixində ilk dəfə bu kuboku qazanır.