Azərbaycan millisinin futbolçusu Namik Ələskərov "Bursaspor"un heyətində Türkiyə I Liqasında növbəti matçını keçirib.

27 yaşlı hücumçu 21-ci turun "Kocaelispor"la ev oyununda start heyətdə yer alıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Ələskərov 64-cü dəqiqədə komanda yoldaşı Joao Pedroya məhsuldar ötürmə verərək, qələbə topunun vurulmasında pay sahibi olub. O, 87-ci dəqiqədə əvəzlənib. Bu qələbə sayəsində xalını 31-ə çatdıran "Bursapor" 18-ci pillədə yer alıb.