Avropa Liqasının yarımfinalında “Vest Hem” Londonda “Ayntraxt”ı qəbul edib. ¼ finalda “Barselona”nı “Nou Kamp”da məğlub edən Frankfurt təmsilçisi bu dəfə Britaniyadan qələbə ilə qayıdıb. Görüşün elə 1-ci dəqiqəsində qonaqların gənc futbolçusu Ansqar Knauff hesabı açıb. 20 dəqiqədən sonra Maykl Antonio tarazlığı bərpa edib. Amma fasilədən sonra Daiti Kamada “Ayntraxt”ın qələbə qolunu vurub - 2:1. Beləliklə Londonda qalib hələn Frankfurt klubu cavab oyununa üstünlüklə çıxacaq.
Almaniyanın digər təmsilçisi “Leypsiq” isə doğma arenada “Qlazqo Reycers”ə minimal hesabla qalib gəlib. Yeganə qolu qarşılaşmanın sonunda Anxelinyo vurub. Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 5-də keçiriləcək.